IMG-LOGO

Əraqçi İranın yeni ali rəhbərinin vəziyyəti barədə danışıb

15 Mar 2026 13:01 12 baxış
IMG

İranın yeni ali rəhbəri Müctəba Hüseyni Xamenei səhhəti yaxşıdır və ölkədəki vəziyyətə tam nəzarət edir.

"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"İnqilab liderinin səhhəti yaxşıdır və vəziyyətə tam nəzarət edir", - deyə İranın baş diplomatı bildirib.

O, İranda vəziyyətin sabit olduğunu və dövlət qurumları və ya ordu daxilində heç bir fikir ayrılığı olmadığını vurğulayıb.

Qeyd edək ki, "Al-Jarida" nəşri Müctəba Xameneinin yaralı vəziyyətdə Rusiyaya aparıldığa barədə yazıb.

Xəbər lenti