IMG-LOGO

İran "Gerçək vəd 4" əməliyyatının 53-cü dalğasını həyata keçirib

15 Mar 2026 09:58 3 baxış
IMG

İran ordusu İsrailin regional komandanlıq və nəzarət mərkəzlərinə qarşı hücumun 53-cü dalğasını həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.

Bildirilib ki, "Gerçək vəd 4" əməliyyatının 53-cü dalğası çərçivəsində ABŞ-nin hərbi bazası da hədəf alınıb. "Hücumlarda 10 ədəd "Fəttah" və "Qədr" hipersəs raketləri, həmçinin pilotsuz uçuş aparatlarından istifadə olunub",- məlumatda qeyd olunub.

SEPAH açıqlayıb ki, ABŞ və İsrail təslim olana qədər hücumlar davam etdiriləcək.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hava zərbələri endirib. Bundan sonra SEPAH ABŞ-nin regiondakı hərbi bazaları və İsrail ərazisini hədəf alıb.

Xəbər lenti