IMG-LOGO

Azərbaycanlı kriminal avtoritet ABŞ-a ekstradisiya edildi

21.02.2024 22:43 78 baxış
IMG

Kriminal avtoritet Polad Ömərov ABŞ-a ekstradisiya edilib.

Lent.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd edək ki, 2022-ci ildə Vaşinqton Azərbaycan əsilli Gürcüstan vətəndaşı Polad Ömərovu və daha iki nəfəri ABŞ-da yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejada sui-qəsddə ittiham edib. 

Beynəlxlaq axtarışa verilən P.Ömərov 2023-cü ilin yanvarında Çexiyada order əsasında həbs edilib.

Çexiyanın ədliyyə naziri 2023-cü ilin iyul ayında Polad Ömərovun ABŞ-a ekstradisiyası haqqında qərar imzalayıb.  

Xəbər lenti