IMG-LOGO

SEPAH "Gerçək vəd 4" əməliyyatının 50-ci dalğasını həyata keçirib

14 Mar 2026 23:14 2 baxış
IMG

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Gerçək vəd 4" əməliyyatının 50-ci dalğasının başladığını elan edib.

"Report" xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

Qeyd olunub ki, İsrail və ABŞ-nin bölgədəki bazalarına hücum SEPAH-ın Hava-Kosmik Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilib.

"Bu PUA-lar bölgədə ABŞ hərbçilərinin gizləndiyi yerləri aşkarlayıb hücum edirlər",- məlumatda qeyd olunub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana hava zərbələri endirib. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri hədəf almaqla cavab əməliyyatına başlayıb.

Xəbər lenti