IMG-LOGO

ABŞ və İsrailin hücumlarından sonra Tehranda minlərlə tikili dağılıb

14 Mar 2026 20:26 2 baxış
IMG

ABŞ və İsrailin hücumlarından sonra İranın paytaxtı Tehranda minlərlə tikili dağılıb.

"Report" xəbər verir ki, bu barədə "Khabar Fouri" məlumat yayıb.

"Tehranda 10 min yaşayış binası zərər görüb və ya tamamilə dağıdılıb" , - məlumatda bildirilib.

Tehran vilayət rəhbərliyindən qeyd olunub ki, mülki infrastrukturun hədəf alınmasına baxmayaraq birgə iş sayəsində problemlər aradan qaldırılır.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Xəbər lenti