IMG-LOGO

İran Xarq adasına hücuma cavab olaraq BƏƏ limanlarına zərbələr endirməyə hazırlaşır

14 Mar 2026 17:39 4 baxış
IMG

İran Xarq adasına edilən hücuma cavab olaraq Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) üç limanına - Dubaydakı Cəbəl-Əli, Əbu-Dabidəki Xəlifə və Füceyra limanlarına zərbələr endirməyə hazırlıq görüldüyünü elan edib.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

İran tərəfi insanları təxliyə olunmağa çağırıb.

"ABŞ hərbi qüvvələrinin mülki obyektlər arasında yerləşməsi səbəbindən bu ərazilər qanuni hədəflərə çevrilib və yaxın saatlarda hədəfə alınacaq", - agentlik bildirib.

Xəbər lenti