IMG-LOGO

Stiprays: Azərbaycan və Mərkəzi Asiya ölkələri Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir

14 Mar 2026 15:25 3 baxış
IMG

Azərbaycan və Mərkəzi Asiya ölkələri Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir və bu istiqamətdə əməkdaşlıq davam etdirilməlidir.

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduard Stiprays XIII Qlobal Bakı Forumunda bildirib.

Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri təhlükəsizlik, sabitlik və iqtisadi əməkdaşlıq baxımından Avropa üçün mühüm rol oynayır.

Stiprays vurğulayıb ki, Mərkəzi Asiya regionu Avrasiyanın mərkəzində yerləşir və təhlükəsizlik məsələlərindən tutmuş iqtisadi rəqabətə qədər müxtəlif xarici çağırışlarla üzləşir. Belə olan şəraitdə region ölkələri həm öz aralarında, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlığı gücləndirməlidir.

"İqlim dəyişikliyi və su resurslarının idarə olunması region üçün əsas çağırışlar olaraq qalır. Mərkəzi Asiyada suyun paylanması ən həssas məsələlərdən biridir və birgə yanaşma, eləcə də resurslardan səmərəli istifadə tələb edir", - o əlavə edib.

Xəbər lenti