IMG-LOGO

Pakistanın İrandakı səfirliyinin əməkdaşı: Azərbaycanlılar çox yaxşı ev sahibidir

14 Mar 2026 15:46 5 baxış
IMG

Pakistanın İrandakı səfirliyinin Azərbaycana təxliyə olunan əməkdaşı Nadeem Basit Xan azərbaycanlıların çox yaxşı ev sahibi olduğunu söyləyib.

"Report"un Cənub bürosu xəbər verir ki, o bunu jurnalistlərə açıqlamasında deyib.

"Mən indicə Azərbaycana gəldim. Buradakı insanlar çox yaxşıdırlar, çox yaxşı ev sahibidirlər, eyni zamanda, çox səmimidirlər", - o vurğulayıb.

Qeyd edək ki, fevralın 28-dən bu günə kimi İrandan Azərbaycana ümumilikdə 141 Pakistan vətəndaşı təxliyə olunub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Bu səbəbdən bir çox xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir.

Xəbər lenti