IMG-LOGO

Komitə sədri: Hazırda WUF13-də 15 minə yaxın iştirakçı qeydiyyatdan keçib

14 Mar 2026 09:45 9 baxış
IMG

Hazırda WUF13-də təxminən 15 min iştirakçı qeydiyyatdan keçib.

"Report"un məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev martın 14-də XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, qeydiyyatdan keçənlərin sayı Bakıda keçiriləcək forumun qlobal əhəmiyyətini əks etdirir.

"Biz bütün ölkələri, beynəlxalq tərəfdaşları və media nümayəndələrini bu tarixi ana qoşulmağa və forumun qlobal əhatə dairəsinin və təsirinin genişləndirilməsinə töhfə verməyə dəvət edirik. 2026-cı ilin may ayında Bakıda hər kəsi salamlamağı səbirsizliklə gözləyirəm", - o qeyd edib.

Xəbər lenti