IMG-LOGO

Azərbaycan və ABŞ Avropaya qaz tədarükünün artırılmasını müzakirə edib

21.02.2024 10:14 93 baxış
IMG

Azərbaycan və ABŞ Cənub Qaz Dəhlizinin inkişafı, Avropaya qaz tədarükünün artırılması, “yaşıl enerji” ixracı, metan emissiyalarının azaldılmasını müzakirə edib.

“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Ağ Evdə ABŞ Prezidentinin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının iqlim və enerji üzrə baş direktoru Sarah Ladislav ilə görüşdə Cənub Qaz Dəhlizinin inkişafı, Avropaya qaz tədarükünün artırılması, “yaşıl enerji” ixracı, metan emissiyalarının azaldılmasını müzakirə etdik”, - deyə nazir bildirib.

Ağ Evdə ABŞ Prezidentinin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının iqlim və enerji üzrə baş direktoru Sarah Ladislav ilə görüşdə CQD-nin inkişafı, Avropaya qaz tədarükünün artırılması, #YaşılEnerji ixracı, metan emissiyalarının azaldılmasını müzakirə etdik. pic.twitter.com/uNkfALlPWf

— Parviz Shahbazov (@ParvizShahbazov) February 21, 2024 Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti