IMG-LOGO

Azərbaycanda 2 ayda özəlləşdirmədən büdcəyə 66 milyon manat daxil olub

13 Mar 2026 14:31 2 baxış
IMG

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 66,1 milyon manat təşkil edib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 2 ayda qurum 10 hərrac keçirib. Hərraclarda 1 səhmdar cəmiyyətinin səhm paketi və 258 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bundan başqa, hesabat dövründə Dövlət Xidməti 96-sı qeyri-yaşayış, 794-ü torpaq sahələri üzrə 890 yeni icarə müqaviləsi bağlayıb, bu fəaliyyətdən büdcəsinə 9,8 milyon manat vəsait köçürüb.

Beləliklə, yanvar-fevraldaə dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 75,9 milyon manat vəsait daxil olub.

Xəbər lenti