Bu ilin yanvar-fevral ayında Naxçıvan Muxtar Respublikasında 223,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,3 % çoxdur.
Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1 % artaraq 474 manat olub.
Xatırladaq ki, ötən 2 ayda ölkədə 18 milyard 473,1 milyon manatlıq və yaxud 1 il əvvələ nisbətən 0,3 % çox ÜDM istehsal olunub.
Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 % azalıb, qeyri neft-qaz sektorunda isə 1,4 % artıb.