IMG-LOGO

Milli Ödəniş Sistemi vasitəsilə əməliyyatların ümumi dəyəri 11 %-ə yaxın artıb

12 Mar 2026 17:24 3 baxış
IMG

2025-ci ildə Milli Ödəniş Sistemi (MÖS) vasitəsilə 145,2 milyon sayda 840,9 milyard manatlıq əməliyyat aparılıb.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 13,9 % az və 10,6 % çoxdur.

MÖS ölkədə nağdsız hesablaşmaların aparılması və banklararası ödənişlərin həyata keçirilməsi üçün yaradılmış əsas infrastrukturdur. Azərbaycan Mərkəzi Bankının idarə etdiyi sistem banklar, digər maliyyə institutları, dövlət qurumları və biznes subyektləri arasında ödənişlərin təhlükəsiz və sürətli şəkildə həyata keçirilməsini təmin edir.

MÖS bir neçə əsas platformadan ibarətdir. Bunlara iri məbləğli və təcili ödənişlər üçün istifadə olunan AZİPS (Real Vaxt Rejimində Brüt Hesablaşma Sistemi), kütləvi və kiçik məbləğli ödənişlərin emalı üçün XÖHKS (Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi), eləcə də 24/7 rejimində fəaliyyət göstərən Ani Ödənişlər Sistemi (AÖS) daxildir. Bu sistemlər banklararası köçürmələr, dövlət ödənişləri, kommunal və digər gündəlik maliyyə əməliyyatlarının fasiləsiz icrasına imkan yaradır.

Xəbər lenti