IMG-LOGO

Azərbaycanın ödəniş bazarı iştirakçıları ötən il 63 milyard manatlıq əməliyyat aparıb

12 Mar 2026 17:37 5 baxış
IMG

2025-ci ildə Azərbaycanın ödəniş bazarı iştirakçıları 62,8 milyard manatlıq əməliyyat aparıb.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bunun 19,7 milyard manatı elektron pulun emissiyası ilə bağlı olan, 43,1 milyard manatı isə elektron pulun emissiyası ilə bağlı olmayan ödənişlərin payına düşüb.

İl ərzində tənzimləyici qurum 3 elektron pul təşkilatına, 2 ödəniş təşkilatına və 1 operatora müvafiq lisenziyalar verib. Ötən ilin sonuna ödəniş bazarında 17 elektron pul təşkilatı, 9 ödəniş təşkilatı və 2 operator fəaliyyət göstərib.

Xəbər lenti