IMG-LOGO

Banklararası Kart Mərkəzi ilə ötən il aparılmış əməliyyatların sayı açıqlanıb

12 Mar 2026 17:42 4 baxış
IMG

2025-ci ildə Banklararası Kart Mərkəzi (BKM) üzərindən 872 milyon ədəd əməliyyat aparılıb.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, əməliyyatların dəyəri milli valyutada 40,3 milyard manat, xarici valyutada isə 79,8 milyon ABŞ dolları və 23,6 milyon avro təşkil edib.

Ölkədə emissiya olunan ödəniş kartlarından istifadə olunmaqla xidmət mərkəzləri arasında aparılan əməliyyatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsi məqsədilə yaradılmış BMK-nın fəaliyyətinin davamlılığı təmin edilib.

Xəbər lenti