Təhsilin İnkişafı Fondu 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 20 manatdır.
İddiaçılar təkliflərini martın 6-sı, saat 12:00-a qədər fondun Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski, 109 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə martın 6-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.
Bizim WhatsApp kanalımıza abunə olun