IMG-LOGO

Azərbaycan iqtisadiyyatı cüzi böyüyüb

12 Mar 2026 13:03 4 baxış
IMG

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 18 milyard 473,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə "Report"a Dövlət Statittika Komitəsindən məklumat verilib.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1,4 faiz artmışdır. ÜDM istehsalının 32,7 faizi sənaye, 11,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi tikinti, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi informasiya və rabitə sahələrinin, 24,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 12,3 faizini təşkil etmişdir.

Xəbər lenti