Rusiyanın İrkutsk vilayətində yerli sakin dostunu çox pivə içdiyi üçün öldürüb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, irkutsklu qadın dostu ilə spirtli içki qəbul edib. Daha sonra rəfiqəsi onların yanına gəlib içki istəyib. Qadın imtina etsə də, yoldaşı içki verib.
Qonaq getdikcə daha çox pivə tələb edib. Buna görə də aralarında mübahisə yaranıb. Kişi içki almaq üçün mağazaya gedərkən, qəzəbli qadın rəfiqəsini döyüb. Sonra isə bıçağı onun kürəyinə və ürəyinə sancıb.
Qətl törətdiyinə görə qadına 7 il həbs cəzası verilib.