IMG-LOGO

"Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" auditor seçir

11 Mar 2026 17:25 5 baxış
IMG

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" MMC 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır.

İddiaçılar təkliflərini aprelin 6-na qədər şirkətin Bakı şəhəri, Sabunçu rayonu, Binəqədi -Balaxanı-Şossesi, 12 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə aprelin 6-da, saat 14:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" eyni adlı publik hüquqi şəxsin bazasında bu il yaradılıb.

Xəbər lenti