IMG-LOGO

Azərbaycan Metrologiya İnstitutu auditor seçir

11 Mar 2026 17:35 5 baxış
IMG

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 33 manatdır.

İddiaçılar təkliflərini aprelin 6-na qədər İnstitutun yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Elçin İsaqzadə qəsəbəsi, 7-ci köndələn küçəsi ünvanına təqdim edə bilərlər.

Təkliflərə aprelin 6-sı, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi "Financial Reporting Center" MMC olub. Şirkətə 2 min manat ödənilib.

Xəbər lenti