İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.
"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 42 manatdır.
İddiaçılar təkliflərini aprelin 15-nə qədər Mərkəzin Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarova küçəsi, 194 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə aprelin 15-da, saat 17:30-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu sorğunun qalibi "Abacus Audit And Consulting" MMC olub. Şirkətə 8 260 manat ödənilib.