Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.
"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 28 manatdır.
İddiaçılar təkliflərini aprelin 3-nə qədər Mərkəzin Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsi, 34 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə aprelin 3-də, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu sorğunun qalibi "Financial Reporting Center" MMC olub. Şirkətə 3 469 manat ödənilib.