IMG-LOGO

Cin Baderşnayder: Azərbaycan beynəlxalq əməkdaşlıqda mühüm rol oynaya bilər

11 Mar 2026 15:50 3 baxış
IMG

Azərbaycan beynəlxalq əməkdaşlığın çevik formalarının formalaşdırılmasında və qlobal çağırışlara cavab vermək üçün ölkələrin birləşdirilməsində mühüm rol oynaya bilər.

"Report"un məlumatına görə, bunu "ExxonMobil"in keçmiş vitse-prezidenti Cin Baderşnayder Bakıda keçirilən mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan mövcud beynəlxalq vəziyyətin nizamlanması üçün birgə fəaliyyət göstərməyə hazır olan dövlətlərin koalisiyalarının formalaşdırılması üçün platforma kimi çıxış edə bilər.

C.Baderşnayder, həmçinin ölkənin mühüm tranzit rolunu vurğulayıb: "Gördüyünüz odur ki, Şərqdən Qərbə tranzit üçün təhlükəsiz yer kimi Azərbaycandan keçən çoxlu sayda təyyarələr var".

Xəbər lenti