IMG-LOGO

"Sabah"ın məşqçisi qeyri-etik jestə, "Qarabağ"ın məşqçiləri kütləvi davada iştiraka görə cəzalanıb

11 Mar 2026 14:16 3 baxış
IMG

"Sabah"ın məşqçisi Valerio Zuddas 7 oyunluq cəzalanıb.

"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Mütəxəssis Misli Premyer Liqasının XXII turunda "Qarabağ"la oyunda rəqibin ehtiyat oyunçular skamyasına qeyri-etik jest etdiyinə görə bu halla üzləşib.

"Sabah" klubu 15 000 manat cərimələnib.

"Qarabağ"ın məşqçiləri Müşfiq Hüseynov və Zaur Tağızadə 6 oyunluq cəza alıblar. Onlar sözügedən qarşılaşmada kütləvi davada iştirak ediblər. Ağdam klubu hər iki mütəxəssisə görə 6 min manat (ümumilikdə 12 min manat) ödəməli olacaq.

Xəbər lenti