IMG-LOGO

İcma sədri: Qərbi Zəngəzurun toponimik lüğəti əzəli torpaqlara mənəvi qayıdışdır

11 Mar 2026 14:27 3 baxış
IMG

Qərbi Zəngəzur toponimlərinə aid lüğətin hazırlanması mənəvi cəhətdən əzəli torpaqlara qayıtmaq deməkdir.

"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının (QAİ) sədri Əziz Ələkbərli Qərbi Zəngəzur toponimlərinin izahlı lüğətinin təqdimat mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən lüğət Qərbi Azərbaycanla bağlı çox dəyərli kitabdır:

"Bu kitabın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, burada bizim tarixi toponimlərimiz izahları ilə birlikdə təqdim olunub. Kitabda ermənilərin yüzillər boyu saxtalaşdırdığı, yer üzündən silməyə çalışdığı toponimlərimizin hər birinin koordinatları müəyyənləşdirilib, coğrafiyası göstərilib, etimoloji izahı verilib".

Ə.Ələkbərli qeyd edib ki, bu kitabda Zəngəzur mahalının Azərbaycanın tarixi torpaqları olduğu bir daha təsbit olunub:

"Bu kimi kitablarla öz tarixi torpaqlarımıza mənəvi cəhətdən qayıdırıq və fiziki cəhətdən də qayıdacağıq. Çünki o yerlər bizim tarixi torpaqlarımızdır".

Xəbər lenti