IMG-LOGO

AFFA "Neftçi"ni 23 000 manat cərimələyib

11 Mar 2026 14:28 4 baxış
IMG

AFFA İntizam Komitəsi "Neftçi"ni 23 000 manat cərimələyib.

"Report" xəbər verir ki, bu barədə qərar qurumun iclasında qəbul edilib.

Misli Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" – "Turan Tovuz" oyununda azarkeşlərinin təhqiredici pankart açmasına görə Bakı klub 15 000 manat cərimələnib. Həmin matçda ev sahibi komandanın tərəfdarlarının hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi və bu halın cari mövsümdə 5-ci dəfə təkrarlanması səbəbilə klub əlavə olaraq 8 000 manat cərimə olunub.

Bundan başqa, turun "Şamaxı" – "İmişli" oyununda qonaqların heyətində 5 nəfər sarı vərəqə aldığı üçün komanda 700 manat ziyana düşüb.

Eyni aqibəti "Kəpəz" komandası da yaşayıb. Gəncə klubundan 4 oyunçu "Zirə" ilə matçda sarı vərəqə alması səbəbindən klub 700 manat ödəməli olacaq.

Xəbər lenti