IMG-LOGO

"Şəmkir" Əsasnamə pozuntusuna görə texniki məğlubiyyət alıb

11 Mar 2026 14:34 4 baxış
IMG

Azərbaycan II Liqasında çıxış edən "Şəmkir" komandasına texniki məğlubiyyət verilib.

"Report"un məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Bölgə təmsilçisi "Xankəndi" ilə oyunda Əsasnamənin tələblərini pozduğu üçün bu halla üzləşib.

Bildirilib ki, "Şəmkir" komandası Əsasnamənin tələblərini pozaraq oyuna çıxacağı forma haqqında məlumat vermədiyinə, AFFA nümayəndəsinin, Peşəkar Futbol Liqasının (PFL) tələblərinə məhəl qoymadığına, müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina etdiyinə və PFL tərəfindən təyin edilmiş, nümayəndə və hakimlər tərəfindən bildirilmiş oyun vaxtında meydana çıxmadığına görə 0:3 hesablı texniki məğlubiyyət (maddə 58.3, 77.1, 88, 94) alıb.

Xəbər lenti