IMG-LOGO

Antonio Koşta: Azərbaycan Aİ üçün əsas tərəfdaşdır

11 Mar 2026 14:52 6 baxış
IMG

Azərbaycan Avropa İttifaqı (Aİ) üçün əsas tərəfdaşdır.

"Report" xəbər verir ki, bu barədə Aİ Şurasının prezidenti Antonio Koşta "X" sosial şəbəkəsində yazıb və paylaşımını Bakının mərkəzindəki Şirvanşahlar sarayının fotosu ilə müşayiət edib.

"Bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü səbirsizliklə gözləyirəm", - o yazıb.

A.Koşta paylaşımında Azərbaycanla strateji tərəfdaşlığın vacibliyini vurğulayıb və qeyd edib ki, son bir ildə ölkənin Aİ ilə münasibətlərinə yeni təkan verilib.

"Biz təhlükəsizlik, energetika, rəqəmsal texnologiyalar və nəqliyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqik. Həmçinin sürətlə dəyişən geosiyasi vəziyyəti nəzərə alaraq son hadisələri müzakirə edəcəyik", - o əlavə edib.

Xəbər lenti