Almaniya Bundestaqının sədri Yuliya Klökner Ukraynaya ilk dəfə səfər edib.
"Report" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk bildirib.
"Bu səfər Ukrayna ilə həmrəyliyin və ən yüksək parlament səviyyəsində dəstəyin aydın siyasi siqnalıdır", – o qeyd edib.