"Şamaxı" heyətinə daha bir futbolçu qatıb.
Bu barədə "Report"a bölgə təmsilçisindən məlumat verilib.
Klub portuqaliyalı yarımmüdafiəçi Rodriqo Fransisko Fernandeslə anlaşıb.
25 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.