IMG-LOGO

Pezeşkianın oğlu Müctəba Xameneinin səhhəti ilə bağlı şayiələri təkzib edib

11 Mar 2026 12:03 5 baxış
IMG

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian İranın yeni ali lideri Müctəba Xameneinin səhhəti ilə bağlı şayiələri təkzib edib.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, o bu barədə teleqram kanalında bildirib.

"Müctəba Xameneinin yaralanması barədə xəbərləri eşitdim. Onunla əlaqəli olan dostlarımdan soruşdum. Sağlam olduğunu və heç bir problem olmadığını söylədilər", - Y.Pezeşkian yazıb.

Xəbər lenti