IMG-LOGO

Rusiya federal büdcəsinin neft-qaz üzrə gəlirləri yanvar-fevral aylarında 47 % azalıb

11 Mar 2026 00:31 3 baxış
IMG

Rusiya federal büdcəsinin 2026-cı ilin yanvar-fevral ayları üzrə neft-qaz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,1 % azalaraq 826 milyard rubl təşkil edib.

"Report"un Rusiya KİV-lərinə istinadən məlumatına görə, bu, Rusiya Maliyyə Nazirliyinin ilkin hesablamalarından məlum olub.

Nazirlikdən bildirilib ki, neft-qaz gəlirləri bu ilin yanvar-fevral ayları üçün nəzərdə tutulan baza proqnozundan aşağı olub. "Büdcə qaydaları"na əsasən, Milli Rifah Fondunun vəsaitləri daxilolmalardakı çatışmazlıq həcmində büdcə kəsirinin maliyyələşdirilməsinə yönəldilib. Rusiya Maliyyə Nazirliyi büdcə daxilolmalarının azalmasını neft qiymətlərinin düşməsi ilə əlaqələndirib.

Hesabatda həmçinin qeyd olunub ki, federal büdcənin qeyri-neft-qaz gəlirləri ötən illə müqayisədə 4,1 %, xərclərin həcmi isə 5,8 % artıb. Hesabat dövründə büdcə 3 449 milyard rubl kəsirlə qapanıb ki, bu da ötən ilin göstəricisindən 1 032 milyard rubl çoxdur.

Xəbər lenti