IMG-LOGO

Trampın kiçik oğlu İrana göndərilsin - Minlərlə amerikalı petisiya BAŞLATDI

09 Mar 2026 16:36 2 baxış
IMG
2 0

Minlərlə ABŞ vətəndaşı prezident Donald Trampın 20 yaşlı kiçik oğlu Berronun İranda mümkün quru əməliyyatında iştirak etmək üçün hərbi xidmətə çağırılmasını tələb edib. Bu ictimai kampaniya Ağ Evin Yaxın Şərqdə münaqişəni daha da kəskinləşdirmək və bölgəyə ABŞ hərbi kontingenti göndərmək planlarına qarşı artan narazılıq fonunda başlayıb.

Lent.az xəbər verir ki, Almaniyanın “Bild” nəşri eyni adlı petisiyanın yerləşdirildiyi sayta istinadən yazır:

“Sosial şəbəkələrdə Trampın planlarına dəstək verənlərlə yanaşı, ciddi qəzəb də yaranıb. #SendBarron həştəqi altında minlərlə insan Trampın kiçik oğlunun orduya çağırılmasını tələb edir”.

Nəşrin qeydinə görə, bu təşəbbüs administrasiyanın sərt hərbi ritorikasına cavab kimi ortaya çıxıb. İstifadəçilər dövlət başçısının ailəsinin də adi amerikalıların üzləşdiyi riskləri bölüşməli olduğunu bildirirlər.

“Xidmət etmək şərəfdir. Güc nəsildən-nəslə ötürülür. Tanrı səni qorusun, Berron”, — petisiyanın təsvirində deyilir. Müəlliflər istehzalı şəkildə prezidentin liderlik keyfiyyətlərini xatırladıblar.  Hərəkat təşkilatçıları hesab edir ki, ABŞ yalnız o zaman güclü qalır ki, onun rəhbərləri ölkəni şəxsən müdafiə etməyə hazır olsunlar.

Qəzet qeyd edir ki, #SendBarron hərəkatının arxasında “South Park” satirik serialının keçmiş ssenaristi Tobi Morton dayanır. Onun Trampın kiçik oğlunu atasından nümunə götürərək İran cəbhəsinə getməyə çağıran müraciəti qısa müddətdə sosial şəbəkələrdə sürətlə yayılıb.

Trampın oğlu

Xəbər lenti