IMG-LOGO

İrandan Türkiyəyə atılan raket məhv edildi

09 Mar 2026 16:07 2 baxış
IMG
0 0

Türkiyə Milli Müdafiə Nazirliyi İrandan buraxılan və ölkənin hava məkanına doğru irəlilədiyi müəyyən edilən ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, raket Şərqi Aralıq dənizi regionunda yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Bildirilib ki, raketin Türkiyə hava məkanına doğru hərəkəti aşkar edilib. Bundan sonra müvafiq müdafiə mexanizmləri işə salınıb və təhlükə vaxtında aradan qaldırılıb.

Qeyd olunur ki, raketin qalıqları Qaziantepdə boş əraziyə düşüb. Nazirlik bildirib ki, Türkiyə yaxşı qonşuluq münasibətlərinə və regional sabitliyə böyük əhəmiyyət verir. Bununla belə, ölkənin ərazisinə və hava məkanına yönələn hər hansı təhdidə qarşı bütün zəruri addımların qətiyyətlə və tərəddüdsüz atılacağı bir daha vurğulanır.

İrandan Türkiyəyə raket atıldı

Xəbər lenti