IMG-LOGO

İranla müharibədə ölən ABŞ əsgərlərinin SAYI

09 Mar 2026 13:51 3 baxış
IMG
3 0

İrana qarşı əməliyyatın başlanmasından bəri həlak olan ABŞ hərbçilərinin sayı yeddiyə çatıb. 

Lent.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı X sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, dünən axşam bir amerikalı hərbçi Yaxın Şərqdə İran silahlı qüvvələrinin ilk hücumları zamanı aldığı yaralardan vəfat edib. O, martın 1-də Səudiyyə Ərəbistanında ABŞ hərbçilərinə edilən hücum zamanı ağır yaralanıb.

Komandanlıq həmçinin bildirib ki, ABŞ Milli Qvardiyasının bir əsgəri martın 6-da Küveytdə ona təcili tibbi yardım göstərilərkən insident nəticəsində ölüb.

İsrail-İran müharibəsi ABŞ-İran müharibəsi Pentaqon

Xəbər lenti