IMG-LOGO

ABŞ İrana endirdiyi zərbələrin VİDEOSUNU YAYDI

08 Mar 2026 15:22 11 baxış
IMG
0 0

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranda hərbi hədəflərə endirilən zərbələrin görüntülərini yayımlayıb.

Lent.az xəbər verir ki, CENTCOM sosial şəbəkə platforması X-də yayımlanan paylaşımda İran Silahlı Qüvvələrinə məxsus olduğu deyilən nəqliyyat vasitələrinin məhv edildiyi kadrları yayıb. CENTCOM paylaşımda ABŞ müdafiə naziri Pit Heqsetin sözlərini də sitat gətirib.

“Əgər siz amerikalıları öldürsəniz, dünyanın istənilən yerində amerikalılara hədə-qorxu gəlsəniz, biz sizi üzr istəmədən və tərəddüd etmədən tapacaq və məhv edəcəyik”, – deyə o bildirib.

 

ABŞ İran müharibəsi İsrail İran münaqişəsi CENTCOM Pit Heqset Tehran

Xəbər lenti