Alimlər "qolden retriver" cinsindən olan təxminən 1 300 itin DNT-sini araşdıraraq bəzi davranış xüsusiyyətlərini müəyyən edən genləri aşkar ediblər.
Lent.az "ScienceDaily" nəşrinə istinadla xəbər verir ki, bu genlərin bir hissəsi insanlarda narahatlıq, aqressiya və intellekt kimi xüsusiyyətlərlə də əlaqəlidir.
Mütəxəssislər bildiriblər ki, bu nəticələr insan və it davranışı arasında təkcə sosial deyil, həm də genetik paralellərin olduğunu göstərir. Araşdırma gələcəkdə həm heyvanların davranış problemlərinin, həm də insan psixoloji xüsusiyyətlərinin daha yaxşı öyrənilməsinə kömək edə bilər.
Bundan əlavə, alimlər hesab edirlər ki, itlər insan psixiatriyasının öyrənilməsi üçün faydalı model ola bilər. Bu cür tədqiqatlar bəzi psixi pozuntuların genetik əsaslarını daha dəqiq müəyyən etməyə imkan yarada bilər.
itlər insanlar