Salyan rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Chevrolet" markalı avtomobil yolu keçən kənd sakini, 2016-cı il təvəllüdlü A.A-nı vurub.
Oğlan uşağı aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.