IMG-LOGO

Şirkətlərinin 13 milyondan çox borcu olan iş adamının Azərbaycandan çıxışına QADAĞA

23 Sep 2026 15:32 2 baxış
IMG
0 0

Külli miqdarda vergi borcu olan daha bir iş adamının Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, ölkədə fəaliyyət göstərən bir şəxsə məxsus iki şirkətin dövlət büdcəsinə ümumilikdə 13 milyon 573 min 784 manat vergi borcu yaranıb. Borcların ödənilməsi barədə dəfələrlə şirkətlərə bildirişlər göndərilsə də, ödənişlər yerinə yetirilməyib.

Nəticədə Dövlət Vergi Xidmətinin Ərazi Vergilər Baş İdarəsi məhkəmədə həmin şirkətlərin rəhbəri qarşısında iddia qaldırıb. İddiada qeyd olunan borclar ödənilmədiyi təqdirdə MMC-lərin rəhbərinin Azərbaycandan çıxışına müvəqqəti məhdudiyyət tətbiq olunması xahiş olunur.

Məhkəmə bu iddianı təmin edib. Qərara əsasən, MMC-lərin ümumilikdə 13 milyon 573 min 784 manat vergi borcu ödənilənədək onların 63 yaşlı rəhbərinin ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Hadisələr məhkəmə işləri məhkəmə qərarları vergi borcları ölkədən çıxışa qadağa

Mənbə: lent.az

Xəbər lenti