IMG-LOGO

Üçüncü Dünya müharibəsində ən təhlükəsiz olacaq Avropa ölkələri

07 Mar 2026 16:30 5 baxış
IMG
3 0

Dünyada geosiyasi gərginlik davam edir. Yaxın Şərqdəki münaqişə artıq regiondakı digər ölkələrə, o cümlədən Livan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə də yayılıb. Bəzi insanların düşüncəsində üçüncü dünya müharibəsinin başlama ehtimalı ilə bağlı narahatlıq mövcuddur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, belə bir vəziyyətdə sığınacaq tapmaq istəyənlər üçün Avropada ən təhlükəsiz hesab olunan bir neçə ölkənin adı açıqlanıb.

İsveçrə

İsveçrə dünyada ən məşhur neytral ölkələrdən biri hesab olunur və 200 ildən artıqdır ki, heç bir qlobal münaqişəyə qoşulmayıb. İddiaya görə, ölkənin potensial Üçüncü dünya müharibəsinə cəlb olunma ehtimalı şox azdır. Bundan əlavə, İsveçrə möhtəşəm təbiət mənzərələri ilə də tanınır. Bununla belə, keçmişdə ölkə neytrallıq siyasətinə görə tənqidlərə də məruz qalıb.

İrlandiya

İrlandiya hərbi neytrallıq siyasəti, aşağı cinayət səviyyəsi və beynəlxalq hərbi bloklarda iştirak etməməsi səbəbindən ən təhlükəsiz ölkələrdən biri hesab olunur. Ölkə NATO üzvü deyil.

Avstriya

Avstriya gözəl təbii landşaftları ilə tanınan məşhur turizm məkanlarından biridir. Tarixən neytral mövqedə olması səbəbindən ölkənin potensial üçüncü dünya müharibəsində hədəfə çevrilməsi ehtimalı aşağı qiymətləndirilir. Bununla belə, dövlət NATO üzvü olmasa da, Ukrayna ilə sərhəddə yerləşməsi onu əvvəl qeyd olunan ölkələrlə müqayisədə bir qədər az təhlükəsiz edə bilər.

Danimarka

Danimarka nisbətən kiçik ölkə olsa da, əlverişli coğrafi mövqeyi və güclü ordusu sayəsində müharibə vəziyyətində ən təhlükəsiz seçimlərdən biri hesab olunur.

Portuqaliya

Portuqaliyanın Avropanın ucqar qərb hissəsində yerləşməsi onu təhlükəsiz variantlardan birinə çevirir. Çünki potensial düşmən ölkələrin ora çatması üçün demək olar ki, bütün Avropanı keçməsi tələb olunur.

III dünya müharibəsi Avropa ölkələri

Xəbər lenti