IMG-LOGO

İranda ali məktəblərdə dərslər ilin sonunadək onlayn olacaq

07 Mar 2026 14:30 4 baxış
IMG
0 0

İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn formatda keçiriləcək.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə ölkənin Elm Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, qərarı nazirliyin müavinlər şurası bu gün qəbul edib.

Ali təhsil müəssisələri tərəfindən virtual dərslərə qoşulmaq imkanı olmayan tələbələr üçün kompensasiyaedici tədbirlərin görülməsi də təmin ediləcəyi bildirilib.

Xüsusi vəziyyət yarandığı halda isə regional şərait nəzərə alınaraq qərarların ali təhsilin regional idarəetmə işçi qruplarının rəyi əsasında qəbul edilməsi mümkündür.

İsrail-İran müharibəsi ABŞ-İran müharibəsi İranda ali təhsil

Xəbər lenti