Türkiyədə oğul anasını öldürüb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Muğla şəhərinin Bordum qəsəbəsində baş verib. Ərindən boşanan 47 yaşlı Figen Bezmez 16 yaşlı oğlu D.D.-nı görmək üçün onun yaşadığı evə gedib. Ancaq qadın evə girən kimi oğlu ilə aralarında münaqişə başlayıb. Bu zaman qapını bağlayan oğul bıçaqla anasına hücum edib.
Qaçmaq üçün cəhdləri uğursuz olan qadın boğaz və digər nahiyələrindən bıçaq xəsarətləri alıb. Özündə güc toplayıb yıxıldığı yerdən qalxan qapını zorla açaraq, qonşulardan kömək istəyib. Hadisə yerinə gələn həkimlər onun öldüyünü müəyyən ediblər.
Anasını öldürən 16 yaşlı D.D. isə saxlanılıb.
Figen Bezmez