IMG-LOGO

CNN: FTB-nin sabiq rəhbərinə qarşı ikinci dəfə ittiham irəli sürülüb

28 Apr 2026 22:45 5 baxış
IMG

ABŞ Ədliyyə Nazirliyi Federal Təhqiqatlar Bürosunun (FTB) sabiq direktoru Ceyms Komiyə ikinci dəfə ittiham irəli sürüb.

"Report" xəbər verir ki, bu barədə işlə tanış olan iki mənbəyə istinadən CNN məlumat yayıb.

Qeyd edilir ki, konkret ittihamlar hələlik məlum deyil. Həmçinin işə hansı məhkəmədə baxılacağı da dəqiqləşdirilməyib.

Bu, ABŞ Prezidenti Donald Trampın çoxdankı siyasi rəqibi hesab edilən Komiyə qarşı artıq ikinci ittihamdır. Sentyabrda FTB-nin sabiq rəhbərinə qarşı yalan ifadə vermək və Konqresin işinə mane olmaq ittihamları irəli sürülüb.

Lakin sonradan federal hakim ittihamların irəli sürülməsinə nail olan prokurorun qanun pozuntusu ilə təyin edildiyini müəyyən edərək bu işi rədd edib.

Xəbər lenti