IMG-LOGO

İspaniyada körpü uçdu: ölənlər var

04 Mar 2026 04:17 4 baxış
IMG
0 0

İspaniyanın şimalında yerləşən Kantabriya muxtar bölgəsinin Santander şəhərində piyada körpüsünün uçması nəticəsində azı 4 nəfər ölüb.

Lent.az xəbər verir ki, bu barədə Dənizdə təhlükəsizlik və xilasetmə xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində daha iki nəfər itkin düşmüş hesab olunur və onların axtarışları davam etdirilir.

"EFE" agentliyinin məlumatına görə, körpü üzərindən yeddi nəfərlik gənclər qrupu keçərkən qəfil uçub və onlar dənizə düşüblər.

ispaniya körpü

Xəbər lenti