IMG-LOGO

Qubad İbadoğlunun həbs müddəti daha 3 ay uzadılıb

15.02.2024 16:00 69 baxış
IMG

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində seçilmiş qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Bu barədə "Report"a onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Qeyd edək ki, Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti