İngiltərənin "Arsenal" klubunun vingeri Noni Madueke azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Liqa mərhələsinin VI turunda "Brügge" ilə (Belçika) keçirilən görüşdə (3:0) iki qol vuraraq komandasının qələbəsində əsas pay sahibi olub.
Qeyd edək ki, 23 yaşlı ingiltərəli oyunçu səsvermədə Jül Kunde ("Barselona", İspaniya), Şarl de Ketelare ("Atalanta", İtaliya) və Oskar Qluxu ("Ayaks", Niderland) qabaqlayıb.