IMG-LOGO

İsrail yeni ayətullahın seçildiyi məclisi vurdu - VİDEO

03 Mar 2026 19:11 4 baxış
IMG
0 0

İsrail Hərbi Hava Qüvvələri İranda qısa müddətdə yeni ayətullahın seçilməsi ilə vəzifələndirilmiş Şuranın iclasına hücum edib. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, İsrailin zərbəsi İranın 88 "müdriklər şurası" üzvünü məhz Əli Xameneinin əvəzinə yeni ali rəhbər üçün səsvermə bülletenlərini tutduqları anda hədəf alıb.

Qeyd olunur ki, İranın Müdafiə Şurası İslam Respublikasının ən nüfuzlu orqanlarından biridir və ali rəhbərlə sıx əlaqələrə malikdir. Xarici mənbələrin verdiyi məlumata görə, genişləndirilmiş hərbi kampaniya çərçivəsində İsrail İraq-İran sərhədi boyu İranın sərhəd xidməti obyektlərinə bir sıra intensiv zərbələr endirib.

Bu gecə əməliyyatı Tehrana qarşı yeni təzyiq mərhələsi və ayətullahların hakimiyyətinə qarşı daxili prosesləri sürətləndirən potensial impuls kimi qiymətləndirilir.

Sizin brauzer video tagını dəstəkləmir. İran İsrail yeni ayətullah

Xəbər lenti