IMG-LOGO

Emin və Arzu bir-birini GÜLLƏLƏDİ

15.02.2024 13:30 72 baxış
IMG

Türkiyənin Düzce şəhərində ər-arvad bir-birinə atəş açıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə gecə saat 1 radələrində Aziziye məhəlləsində baş verib. Emin. G və arvadı Arzu. G naməlum səbəbdən evdə mübahisə ediblər. Bu zaman ər arvadını döyüb.

Qadin evdən qaçıb qarajda avtomobilinə minmək istəyərkən əri arxasınca gəlib. Burada o, tapança ilə arvadına atəş açıb. Arzu. G çevik hərəkət edərək Emin. G-nin əlindən silahı alıb və o da ərini güllələyib. Nəticədə hər ikisi qan içərisində yerə yıxılıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti