FSB əməkdaşları Rusiyanın Novosibirsk şəhərində reketçiliklə məşğul olan etnik dəstənin təşkilatçısı olduğu iddia edilən Xocanəzər Abdullayevi saxlayıblar.
Lent.az yerli mediaya istinadla bildirir ki, qəsbçi dəstənin əsas üzvləri 2023-cü ilin sonunda FSB əməkdaşları tərəfindən ələ keçirilib.
İstintaqla müəyyən edilib ki, “Xilok” bazarında işləyən sahibkar Xocanəzər Abdullayevdən borc alıb. Borcu ödəyəndə qəsbçi bunun faiz olduğunu deyərək daha 3 milyon rubl (təxminən 55 min 800 manat) tələb edib. Lakin iş adamı bundan imtina edib, buna görə də onu hədələyiblər və sonda döyüblər.
Abdullayev və onun əlaltıları saxlanılıb.
Daha sonra Novosibirsk şəhərinin Oktyabrski rayon məhkəməsi Abdullayev barəsində həbs qətimkan tədbiri seçib.