Film kimi hekayə təxminən 8 il əvvəl Rusiyanın Moskva vilayətinin Dmitrovski rayonunda baş verib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, kişi məşuqəsini yaşadığı evə gətirib. Həmin evdə həyat yoldaşı ilə birlikdə kiçik bir ziyafət təşkil edbi. Bu zaman qadınlar öz aralarında nəsə paylaşmayıb və söyüş söyməyə başlayıblar. Xəyanətkar ər mübahisəyə girib və travmatik tapançanı götürərək məşuqəsinə atəş açıb.
Bu zaman evdə zərərçəkənin azyaşlı qızı olub. Kişinin arvadı isə uşağı boğub. Cinayətin izlərini gizlətmək üçün o, əri ilə birgə ana və balasını öz həyətlərində basdırıblar.
Bütün bu müddət ərzində ölənlər itkin düşənlər siyahısına salınıb. Ekspertizanın göstərdiyi kimi, onun məşuqəsi hələ də sağ olub. Belə ki, qadın yerin altında boğularaq ölüb.
Qatil yalnız 2023-cü ildə həbs edilib, arvadı hələ də beynəlxalq axtarışdadır.
Moskva vilayətinin prokurorluğu artıq ittiham aktını təsdiqləyib. Cinayət işi Moskva Vilayət Məhkəməsinə göndərilib.